Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Dava edən altı kursant saxlanılıb


Müdafiə Nazirliyi faktı təsdiqləyib və hadisə ilə bağlı təəssüf ifadə edib

Müdafiə Nazirliyi faktı təsdiqləyib və hadisə ilə bağlı təəssüf ifadə edib

Oktyabrın 9-da Əhmədli qəsəbəsi, «Çinar» kafesinin yanında Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları və mülki şəxslər arasında dava düşüb.


Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin və Çevik Polis Alayının əməkdaşları çağırılıb. Qarşıdurma zamanı kursantlar küt alətlə iki polisi yaralayıb. Nəticədə altı kursant saxlanıb və Xətai Rayon Polis bölməsinə aparılıb.


«Turan» xəbər verir ki, altı kursant yaxınlıqdan keçən qıza sataşıb. İki mülki şəxs - idmançılar Coşqun Əliyev və onun qardaşı qızın müdafiəsinə qalxıb. Dava düşüb, bundan sonra kursantlar məktəbə gedib, yoldaşlarını yığaraq geri qayıdıblar. Hadisə yerinə Xətai rayon polis bölməsinin və Çevik Polis Alayının əməkdaşları çağırılıblar. Polis kursantlardan sabitliyə riayət etməyi tələb edib, lakin onlar tabe olmayıblar.


Müdafiə Nazirliyinin mətbuat xidməti bu faktı təsdiqləyib və hadisə ilə bağlı təəssüf ifadə edib. Məlumatda qeyd edilib ki, hadisə araşdırılacaq və günahkarlar cəzalandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG