Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Sumqayıtda polis gücləndirilmiş iş rejiminə keçib


İki silahlı şəxs axtarılır

İki silahlı şəxs axtarılır

Oktyabrın 10-u gecə saatlarından Sumqayıtda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Sakinlərin sözlərinə görə, hələ gecədən şəhərin girişinə polis postları qoyulub, maşınların yoxlanmasına başlanıb. Oktyabrın 11-i günorta saatlarında isə artıq şəhərə girib-çıxan maşınlar yoxlanmırdı. Ancaq kimya müəssisələri ətrafında postlar qalmaqdaydı. Sumqayıtdakı kimya zavodlarının yerləşdiyi ərazilərdə hərəkət edən bütün maşınların yoxlanması davam edirdi.

Sumqayıt Şəhər Polis İdarəsindən isə nə bu yoxlamalarla, nə də postlarla bağlı hər hansı rəsmi açıqlama vermədilər. Növbətçi polis israrlı suallarımızın qarşısında yalnız «məşq təlimləri gedir», - cavabını verdi. Sumqayıtdakı kimya müəssisələrindən birində isə adının çəkilməsini istəməyən mühafizə xidmətinin əməkdaşı bizə dedi ki, hələ dünəndən onlara terror ehtimalı ilə bağlı xəbərdarlıq gəlib: «Xəbərdarlıq etdilər ki, milliyyətcə ərəb olan iki silahlı şəxs axtarılır. Ehtiyatlı olmaq lazımdır. Sumqayıtda kimya müəssisələri çoxdur. Bir xlor çəni partladılsa, bundan bütün şəhər əziyyət çəkə bilər. Ona görə burada vəziyyət ağırdır».

Sumqayıt şəhərinin istər Polis İdarəsi, istərsə də televiziyası bu axtarışlarla bağlı hər hansı məlumat vermədiyindən sakinlər arasında ən müxtəlif şayiələr dolaşırdı. Hətta bizi Sintetik Kauçik Zavoduna aparan sürücünün sözlərinə görə, belə bir məlumat yayılıb ki, şəhərdəki «Cümə» məscidini partlatmağa cəhd edilib. Ancaq sözügedən məscidin axındu Hacı Rauf Sərdarov bu məlumatı şayiə adlandırdı .


Sumqayıtda baş verən hadisələrlə bağlı gün ərzində Milli Təhlükəsizlik Nazirliyinin məlumat yayacağı gözlənilirdi. Ancaq dəfələrlə cəhd etməyimizə baxmayaraq nazirliyin Mətbuat Xidməti bizə yalnız gözləməyi məsləhət bildi.


Günün bütün mövzuları

XS
SM
MD
LG