Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:04

ABŞ Konqresinin komitəsi erməni soyqırım iddiası ilə bağlı qətnaməni qəbul edib


İndi növbəti addım Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosiden gözlənilir
İndi növbəti addım Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosiden gözlənilir

Amerika Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi ermənilərin soyqırım iddiası ilə bağlı qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.


İndi növbəti addım Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosidən gözlənilir. Pelosi gələn ay qətnaməni Palatanın tam tərkibli iclasına səsverməyə çıxara bilər.


Amerika prezidenti Corc Buş qətnamənin əleyhinə olduğunu deyir. Amma indi konqresdə Buşa müxalif demokratlar üstünlükdədir. Üstəlik, qətnamə simvolik xarakter daşıyır, onun qüvvəyə minməsi üçün prezidentin imzalamasına ehtiyac yoxdur.


Amerika Konqresi erməni soyqırımı iddiaları ilə bağlı qətnamə layihəsini qəbul etsə belə, bu Birləşmiş Ştatların xarici siyasətinə təsir etməyəcək. Bu fikri isə Amerikanın Azərbaycandakı səfiri Enn Ders deyib. Diplomatın fikrincə, yeganə çıxış yolu xalqlar və tarixçilər arasında dialoqdur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG