Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

Beş ölkə Baltik-Qara dəniz neft kəmərinin inşasını planlaşdırır


Litva prezidenti Valdas Adamkus Mixail Saakaşvilini salamlayır, Vilnyus, 10 oktyabr

Litva prezidenti Valdas Adamkus Mixail Saakaşvilini salamlayır, Vilnyus, 10 oktyabr

Oktyabrın 10-da Litvanın paytaxtı Vilnyusda beş ölkənin nümayəndəsi Qara və Baltik dənizləri arasında neft kəmərinin inşasına dair razılaşma imzalayıblar.


Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukrayna mövcud Odessa-Brodı neft kəmərini Polşanın Plotsk, daha sonra Baltik dənizindəki Qdansk şəhəri ilə birləşdirəcək qolun tikintisində iştirak etmək niyyətindədir.


Layihənin dəyəri 700 milyon dollardır. Bu kəmərlə Xəzər neftinin Mərkəzi və ola bilsin, Qərbi Avropa bazarlarına tədarükü planlaşdırılır.


Layihə iştirakçılarının fikrincə, onun reallaşması bəzi ölkələrin Rusiya xammalından asılılığını azaltmağa kömək edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG