Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Sarkozi «Qazprom»a marağını ifadə etdi, Putinsə eyham vurdu


«Moskvada Tehranın nüvə silahını əldə etməsinə can atdığını təsdiqləyən sübutlar yoxdur».


Bunu Rusiya prezidenti Vladimir Putin Kremldə fransalı həmkarı Nikola Sarkozi ilə danışıqlardan sonra deyib. Bununla belə, o, əlavə edib ki, Rusiya İranın nüvə proqramına dair dünya birliyinin narahatlığını bölüşür.


Sarkozi isə deyib ki, Rusiya və Fransa İran və digər aktual beynəlxalq problemlər üzrə mövqelərini yaxınlaşdıra biliblər.


Danışıqlarda Sarkozi fransız sərmayəçilərin «Qazprom»un səhmlərini əldə etmək istəyində olduğunu bildirib. Putin eyhamla deyib ki, bunun əleyhinə deyil, amma bu proses qarşılıqlı olmalıdır. Sarkozi söz verib ki, Avropaya can atan Rusiya şirkətləri, o cümlədən «Qazprom» üçün maneələr yaratmayacaqlar. Əsası odur ki, hər şey şəffaf və faydalı olsun.



Moskvaya səfəri zamanı Fransa lideri Rusiya hüquq müdafiəçiləri ilə də görüşüb.


«Memorial» hüquq müdafiə mərkəzinin üzvləri ilə Sarkozi söz azadlığı məsələlərini və Şimali Qafqazda insan haqlarının vəziyyətini müzakirə edib.


2006-cı ildə «Memorial» Şimali Qafqazda insan oğurluğunu təhqiq etdiyinə görə Fransa Respublikasının mükafatını alıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG