Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Buş Əliyevi təbrik etdi


Prezident Corc Buş Vaşinqtonda həmkarı İlham Əliyevi qəbul edir, 28 aprel 2006

Prezident Corc Buş Vaşinqtonda həmkarı İlham Əliyevi qəbul edir, 28 aprel 2006

Amerika Birləşmiş Ştatlarının prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. Təbrikdə Ramazan ayının başa çatması ilə əlaqədar Orucluq bayramı münasibətilə ən xoş arzular ifadə olunur:


«Ümid edirəm ki, Ramazan ayı zamanı müsəlmanların bütün dünyada bayram etdiyi dəyərlər – xeyriyyəçilik, qurbankəsmə və mərhəmətlik – azadlıq, dözümlülük və bütün xalqlar arasında sülhə nail olmaq məqsədilə yeni səylərə yol göstərəcək».


Təbrik məktubu «Qoy, gələn il Sizin üçün və Azərbaycan xalqı üçün çiçəklənmə və cansağlığı ili olsun», - fikirləriylə başa çatır.


Oktyabrın 12-də dünya müsəlmanları üçün müqəddəs ay hesab edilən Ramazan ayı başa çatır. Müsəlmanların inamına görə, həmin ay «Qurani-Kərim» nazil olub.


XS
SM
MD
LG