Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Azərbaycanlı fəallar kürd şəhərlərində mühakimə edilir


Azərbaycanlı fəallara işgəncə verildiyi İranın Evin zindanı
Azərbaycanlı fəallara işgəncə verildiyi İranın Evin zindanı

Urmiyənin cənub-şərqindəki Qoşaçay (Miyandab) şəhərindən olan 7 azərbaycanlı fəalın oktyabrın 16-da məhkəməsi olacaq. Lakin, onlar yaşadıqları şəhərin yox, Soyuqbulaq (Mahabad) şəhərinin İnqilab Məhkəməsinə çağırılıblar.


Hər iki şəhər, mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətində yerləşir . Lakin, Qoşaçayın əksər əhalisi azərbaycanlılardan ibarət olduğu halda Soyuqbulaq sakinlərinin çoxu kürddür.


Bu bir haldadır ki, Qərbi Azərbaycan vilayətindəki kürd fəallarının çoxu Urmiyədə mühakimə və həbs edilir.


Sözü gedən azərbaycanlı fəallar isə 21 fevral beynəlxalq «Ana Dili» günü ərəfəsində Qoşaçayda keçirilmiş nümayişlərdə həbs olunmuş və 45 gün təkadamlıq kameralarda saxlanılmışlar.


Məlumatı yayan «Əxbar-e Ruz» (Günün Xəbərləri) saytı eyni zamanda Qərbi Azərbaycan vilayətində fəalların həbslərinin artdığını bildirir.


Urmiyə məhkəməsi ötən həftə Məhnaz Məhəmmədi adlı bir gənc fəala altı ay həbs cəzası verib.


Əsli Meşkinşəhərdən olan xanım Məhəmmədi İdman və bədən tərbiyəsi ixtisası üzrə Urmiyə Universitetinin məzunudur. O, cari ilin may ayında 2006-cı ilin kütləvi etirazlarının ildönümü tədbirləri zamanı həbsə alınmışdı. Fəal pantürkizmin təbliği və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandırılıb.


Məhnaz Məhəmmədinin vəkili Teymur Qulami müvəkkilinin günahsız olduğuna inanır və onun azadlığa buraxılması üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.


Urmiyənin İnqilab Məhkəməsinin son günlər ərzində azadlıqdan məhrum etdiyi başqa azərbaycanlı fəal Mustafa Meydannəvərd isə eyni ittihamlarla dörd ay həbsə məhkum edilib. Onun da may aksiyalarının il dönümündə nəzarət altına alındığı bildirilir.


«Savalan Səsi» saytının verdiyi məlumat görə M.Meydannəvərd 12 gün Urmiyənin qorxunc Doqquz-pillə təcridxanasında saxlanılaraq işgəncə edilmişdi.


Bu arada ötən il Sulduz şəhərində keçirilmiş aksiyada həlak olmuş Tovhid Azəriun qardaşına bir il həbs cəzası verilib. Vəli Azəriun eyni zamanda cərimələnib və 20 şallaq cəzasına məhkum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG