Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:45

Azərbaycanlı mühacirin 18 yaşlı oğlu Bavarya çempionu olub


18 yaşlı azərbaycanlı Qorqud Davalı kikboksinq üzrə Bavariya çempionu olub.


Almaniyadakı «Maynts-Azərbaycan» Cəmiyyətindən «Media forum»a verilən məlumata görə, Beynəlxalq Kikboksinq Assosiasiyasının egidası altında Obertraublinq şəhərində düzənlənən turnir beynəlxalq əhəmiyyət daşıyıb.


60 kiloqram çəki dərəcəsində hamıdan üstün olan Davalı Qorqud azərbaycanlı mühacir İsaq Ozanoğlunun övladıdır. Həmyerlimizi qələbə münasibətilə «Maynts-Azərbaycan» Cəmiyyəti və Nürnberqde yaşayan Azərbaycanlıların «Xəzər» Mədəniyyət və Təhsil Mərkəzi təbrik edib.


XS
SM
MD
LG