Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

«Qarabağ məsələsinin Türkiyəyə dəxli yoxdur»


Oskanyanın çıxışını avropalı deputatlar yaxşı qarşılayıblar

Oskanyanın çıxışını avropalı deputatlar yaxşı qarşılayıblar

Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan deyir ki, Ermənistan Türkiyəylə əlaqə qurmaq üçün heç bir şərt qoymur: «Qarabağ məsələsinin isə Türkiyəyə dəxli yoxdur və Ankara Ermənistanla münasibətdən danışanda, Qarabağ məsələsini qaldırmamalıdır».


Vartan Oskanyan oktyabrın 9-da Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxış edib, bildirib ki, Türkiyəylə Ermənistanın sərhədinin açılması Avropaya da sərfəlidir:


«Sərhədi açmaq tək Ermənistan üçün yox, Avropa Birliyi üçün də vacibdir. Çünki Türkiyə Qafqazla Avropa arasında təbii körpüdür. Türkiyənin regionumuza obyektiv, ədalətli münasibəti olmadan, bizim Avropa Birliyi ilə əlaqələrimiz effektiv ola bilməz. Bu münasibətlər Türkiyəylə Ermənistan arasında əlaqə normallaşanda effektli olar».


Oskanyanın çıxışını avropalı deputatlar yaxşı qarşılayıblar. Mariya İşler-Bequin deyib ki, Türkiyənin Birliyə qəbulu barədə danışıqlarda Ankaraya lazımi qədər təzyiq göstərilməyib.


İşler-Bequin Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin başçısıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG