Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Səid Dadaşbəlyi və daha 15 nəfərin işi üzrə məhkəmə prosesi davam edib


Oktyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «NİMA» icmasının rəhbəri Səid Dadaşbəyli və daha 15 nəfərin işi üzrə məhkəmə prosesi davam edib.


Dadaşbəylinin vəkili Elçin Qəmbərovun sözlərinə görə, prosesdə təqsirləndirilən şəxslər dindiriliblər. Onlar ittihamları rədd ediblər.


Proses oktyabrın 10-da davam edəcək.


«NİMA» icmasının üzvləri dövlət çevrilişinə cəhddə, qanunsuz silah və narkotik maddə saxlamaqda, saxta pul əldə etməkdə ittiham olunurlar.


İttiham aktında bildirilir ki, Səid Dadaşbəylinin qrupu İranın xüsusi xidmət orqanı olan «Sepah»la əməkdaşlıq edib. Təşkilat üzvləri 2005-ci ilin mayından 2006-cı ilin oktyabrına kimi İranda olub və «Sepah»a Azərbaycanda fəaliyyət göstərən ABŞ və İsrailin nümayəndəlikləri, səfirlikləri və vətəndaşları ilə bağlı 150-dən artıq məlumat satıblar.


Vəkil Elçin Qəmbərov isə deyir ki, müdafiə etdiyi şəxsin xüsusi xidmət orqanları ilə əməkdaşlığını sübut edən sübut və şahid ifadəsi yoxdur.


XS
SM
MD
LG