Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:11

Tikinti sahəsində məsuliyyət gücləndirilir


Vəzifəli şəxslər işçilərin həyatına təhlükəyə görə cinayət məsuliyyəti daşıyacaqlar
Vəzifəli şəxslər işçilərin həyatına təhlükəyə görə cinayət məsuliyyəti daşıyacaqlar

Bundan sonra vəzifəli şəxslər yalnız tikintidə baş vermiş qəzalara görə yox, həm də işçilərin həyatına yaranmış təhlükəyə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.


Bunu oktyabrın 9-da Milli Məclisdə tikinti sahəsində məsuliyyətin gücləndirilməsi məqsədilə Mülki və Cinayət məcəllələrinə bəzi dəyişikliklər müzakirə edilərkən parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynov bildirib.


Onun sözlərinə görə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti aparılmasına icazə verən və ya qanunsuz aparılan tikinti işlərinin qarşısını almayan vəzifəli şəxslər də cinayət məsuliyyəti daşıyacaq. Onlar üç ilə qədər azadlıqdan məhrum edilə bilərlər.


Uzun müzakirələrdən sonra millət vəkilləri tikinti sahəsində məsuliyyətin gücləndirilməsi məqsədilə Mülki və Cinayət məcəllələrinə bir sıra əlavə və dəyişiklikləri təsdiqləyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG