Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:59

Okruaşvili günahını qismən etiraf edib və zaminə buraxılıb


İrakli Okruaşvili Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı irəli sürdüyü ittihamlardan imtina edib və böyük məbləğdə rüşvət almaqda və xidməti səhlənkarlıqda təqsirini qismən etiraf edib.


Bu barədə Gürcüstan Baş prokurorunun müavini Nikolaz Qvaramiya məlumat verib.


Keçmiş Müdafiə naziri 6 milyon dollar müqabilində zaminə buraxılıb.


Okruaşvilini prezidenti sərt tənqid etdikdən sonra korrupsiya ittihamı ilə saxlamışdılar. O, Saakaşvilini hakimiyyəti qəsb etməkdə və «arzuolunmaz» adamları yox etmək cəhdində təqsirləndirirdi.


XS
SM
MD
LG