Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Qənimət Zahidov həbs olunmadı


Baş redaktor haqqında həbs-qətimkan tədbirinin seçilməsi təmin olunmadı

Baş redaktor haqqında həbs-qətimkan tədbirinin seçilməsi təmin olunmadı

Məhkəmə İqtisadi İnkişaf naziri Heydər Babayevin «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidova qarşı iddiasını qismən təmin edib.


Qərara görə, «Kütləvi İnformasiya Vasitələri haqqında» qanunun tələblərinə uyğun olaraq Qənimət Zahidov qəzetində təkzib verməlidir. İddianın digər hissəsi-baş redaktor haqqında həbs-qətimkan tədbirinin seçilməsi təmin olunmadı.


Qənimət Zahidovsa deyib ki, hələ təkzib vermək barədə düşünmür. Baş redaktor deyir ki, bunun üçün ona təkzibin forması verilməlidir.


Proses hakim Svetlana Əhmədovanın sədrliyilə Yasamal Rayon Məhkəməsində olub.


İddiaya amerikalı diplomat Mətyu Brayzanın toyunu Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayevin maliyyələşdirməsi haqda «Azadlıq» qəzetinin avqust sayındakı məqalə səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG