Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:15

Rusiyanın Ermənistana silah satması Azərbaycanı narahat edir


Xəzər İbrahim deyir ki, Rusiya bütün həssas məqamları nəzərə almalıdır
Xəzər İbrahim deyir ki, Rusiya bütün həssas məqamları nəzərə almalıdır

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistana silah satışı şərtlərini asanlaşdırması Azərbaycanı narahat edir. Bakı Moskvanı diqqətli olmağa və taktiki addımları ilə işğalçını gücləndirməməyə çağırır.


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim oktyabrın 8-də keçirdiyi ənənəvi mətbuat konfransında bildirib.


Ötən həftə Düşənbədə keçirilən KTMT-yə üzv ölkələrin dövlət başçılarının sammitində Rusiyanın bu təşkilatda təmsil olunan müttəfiqlərinə silahı öz daxili qiymətləri ilə satacağı barədə qərar qəbul olunub.


Xəzər İbrahim deyir ki, bu qərar çoxtərəfli diplomatiya və KTMT-nin mahiyyəti baxımından başa düşülə bilər, amma nəzərə alındıqda ki, Rusiya ATƏT-in Minsk qrupuna həmsədrlik edir və Ermənistan da Azərbaycanın torpaqlarını işğal edib, o zaman Moskva bütün həssas məqamları nəzərə almalıdır: «Beynəlxalq hüquq və regiondakı siyasi vəziyyəti nəzərə alaraq Rusiya diqqətli olmalıdır. Azərbaycan bu mövqeyini Moskvanın diqqətinə çatdıracaq».


Buna baxmayaraq, Bakı KTMT-nin möhkəmlənməsini və ötən həftə bu qurumla Şanxay Əməkdaşlıq Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsini alqışlayır. X.İbrahimin sözlərinə görə, Azərbaycan bu blokların heç birinə qoşulmasa da, onların qarşıdurmasında maraqlı deyil. «Biz NATO-ya da üzvlük üçün müraciət etməmişik. Amma o demək deyil ki, Azərbaycan öz təhlükəsizliyini qoruya bilməyəcək».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG