Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

Havyer Salona Mərkəzi Asiyaya səfərə gəlib


Salona oktyabrın 10-a qədər Türkmənistan, Qırğızıstan və Qazaxıstanda olacaq

Salona oktyabrın 10-a qədər Türkmənistan, Qırğızıstan və Qazaxıstanda olacaq

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Havyer Salonanın oktyabrın 8-dən Mərkəzi Asiyaya səfəri başlanır. O, oktyabrın 10-a qədər Türkmənistan, Qırğızıstan və Qazaxıstanda olacaq. Enerji məsələləri və narkotika ticarətiylə mübarizə məsələlərini müzakirə edəcək.


Havyer Salonanın sözçüsü Kristina Qallaç səfər proqramı barədə bildirib: «Regionun bizim üçün əhəmiyyətini və onunla strateji dialoqu dərinləşdirmək niyyətimizi nümayiş etdirməyin ən yaxşı yolu ora səfər etməkdir. Salona bu üç respublikanı bir neçə səbəbdən seçib. O, artıq Nyu-Yorkda Özbəkistanın səfiri ilə görüşüb, Tacikistanın prezidenti ilə mütəmadi əlaqə saxlayıb. Ona görə də qısa vaxt ərzində yalnız həmin 3 ölkəyə səfər etmək qərara alınıb».


Avropa İttifaqı karbohidrogen ehtiyatları ilə zəngin Mərkəzi Asiya ilə birbaşa əlaqə yaratmaqda maraqlıdır. Ancaq onun bu regiona dair iddiaları hərəkətləriylə hələ ki, uzlaşmır. Məsələn, Türkmənistan və Avropadan keçəcək Transxəzər qaz kəməri ilə bağlı planlar hələ də kağız üstündə qalır. Mərkəzi Asiya həm də Əfqanıstanla Avropa arasında əsas narkotika ticarəti dəhlizlərindən biridir. Avropa küçələrində satılan heroinin 90 faizi Əfqanıstanda yetişdirilən tiryəkdən hazırlanır.


Oktyabrın 3-də Avropa Parlamentinin xarici əlaqələr komitəsinə müraciət edən Salona demişdi ki, Mərkəzi Asiya ölkələri Qərbin Əfqanıstanda sabitlik yaratmaq səylərində çox əhəmiyyətli amildir. Region ölkələri arasında son vaxtlar Avropa İttifaqının ən yaxşı tərəfdaşına çevrilənsə Türkmənistandır. İlin sonuna Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədovun Brüsselə səfəri də gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG