Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

Pərviz Müşərrəf üçüncü dəfə Pakistanın prezidenti seçilib


Konstitusiyaya əsasən, Pakistan prezidenti yalnız mülki şəxs ola bilər

Konstitusiyaya əsasən, Pakistan prezidenti yalnız mülki şəxs ola bilər

Bu barədə Mərkəzi Seçki Komissiyasına istinadən Pakistanın dövlət televiziyası xəbər verib.


Səsvermədə iştirak edən 257 deputatın 252-si Müşərrəfə səs verib. Müşərrəfin rəqibi, keçmiş baş hakim Vaсihud Din Əhməd isə iki səs toplayıb. Daha üç bülleten etibarsız sayılıb.


Seçkinin rəsmi nəticələri oktyabrın 17-də açıqlanacaq. Belə bir qərarı Pakistanın Ali Məhkəməsi verib, o vaxtacan məhkəmə prezidentliyə namizədlərin şikayət ərizələrinə baxacaq.


Müxalifətin fikrincə, Müşərrəf ali baş komandan ola-ola, prezident postuna iddia edə bilməz.


Konstitusiyaya əsasən, Pakistan prezidenti yalnız mülki şəxs ola bilər.


Müxalifətin boykot etdiyi prezident seçkisi zorakılıqlarla müşayiət olunub. Peşəvar və Kəraçidə Müşərrəfin əleyhdarlarını qovmaq üçün polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG