Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:15

«Azərbaycanda nə real diktatura var, nə demokratiya»


İ.Qəmbər: «Hakimiyyət «demokratiyanın təqlidi» sistemindən istifadə edir»
İ.Qəmbər: «Hakimiyyət «demokratiyanın təqlidi» sistemindən istifadə edir»
«Yeni Müsavat» qəzeti Müsavat Partiyasının başqanı İsa Qəmbərin Bolqarıstan paytaxtında keçirilən konfransdakı çıxışından yazır.

Oktyabrın 5-də Sofiyada Balkan Siyasi Klubunun 10-cu konfransında çıxış edən İsa Qəmbər Avropa İttifaqının Avropa məkanına transformasiyada əhəmiyyətli uğurlar qazanmış Ukrayna və Gürcüstanla fəal əməkdaşlığını «müsbət hal» adlandırıb. Eyni zamanda, o, Qərbin Özbəkistan və Türkmənistanda diktator rejimlərinin, Azərbaycanda və digər ölkələrdə «kvazi demokratiya» qurulmasına göz yummasını «yolverilməz» adlandırıb.


«Azərbaycanda real diktatura yoxdur, amma real demokratiya da yoxdur», - deyə o, qeyd edib. İ. Qəmbərin fikrincə, Azərbaycanda hakimiyyət «demokratiyanın təqlidi» sistemindən istifadə edir. Yəni yaxşı, amma işləməyən konstitusiya və qanunlar var, hakimiyyət qollarının real bölgüsü yoxdur, Prezident Aparatı parlament və məhkəmə orqanlarına nəzarət edir.




«İnkişaf etməkdə olan ölkələrdə «xəlvəti» iqtisadiyyat problemi həmişə aktual olub. Azərbaycanda «xəlvəti» iqtisadiyyatın çəkisi böyükdür».


Bu fikirləri «Ayna» qəzetinə müsahibəsində iqtisadçı İlham Hüseynli söyləyib.


Dövlət Statistika Komitəsi ölkədə «xəlvəti» iqtisadiyyatın həcmini 20 faiz müəyyənləşdirib. Müstəqil ekspertlər isə araşdırmalardan sonra bu qənaətə gəliblər ki, bu rəqəm 50 faizdən yuxarıdır.


İlham Hüseynli: «Fikrimcə, «xəlvəti» iqtisadiyyat inhisarlaşmadan qaynaqlanır... 2008-ci ilin dövlət büdcəsinin 8 milyard manat olacağı planlaşdırılır. Əgər «xəlvəti» iqtisadiyyatın faizi aşağı olsaydı, bu rəqəm 13 milyard da ola bilərdi...».


İqtisadçı deyir ki, «xəlvəti» iqtisadiyyatın çiçəkləndiyi sahələrdən biri də tikintidir:


«Murtuza Muxtarov küçəsindəki 16 mərtəbəli binanın uçmasından sonra bir məsələ bir daha aydın oldu ki, yeni inşa edilən binalar dövlət nəzarətindən kənar tikilir, dövlət qeydiyyatına alınmır... Nəzərə alsaq ki, yeni binalarda inşa edilən mənzillərin 1 kvadrat metri 250-300 manatdan aşağı deyil, onda «xəlvəti» iqtisadiyyatın faizinin bu sahənin hesabına böyüdüyünü demək üçün ekspert olmağa ehtiyac yoxdur. Çünki alğı-satqı əməliyyatları nağd şəkildə həyata keçirilir…


Mənzillər heç bir qanuna, normaya uyğun olmayaraq fantastik qiymətlərə satılır. Azərbaycan vətəndaşlarının alıcılıq imkanlarından qat-qat yüksək qiymətlər müəyyənləşir, bu pullar dövlətin büdcəsinə deyil, kimlərinsə cibinə gedir».




«Azərbaycanın Tikinti Kodeksi» layihəsinin müzakirəsi zamanı Milli Məclis «xruşşovka» və panel evlərdə yaşayan 100 minlərlə Bakı sakininin məsələsinə də baxa bilər.


Bunu «Exo» qəzetinə Milli Məclisin deputatları bildiriblər.


Azərbaycanda tikinti sektorunu tənzimləyəcək qanunun qəbul olunması zəruriliyi bir müddət əvvəl Bakıda 16 mərtəbəli binanın çökməsi ilə əlaqədardır.


Ekspertlər həyəcan təbili çalırlar, deyirlər ki, vaxtilə paytaxtın mikrorayonları və Bakı qəsəbələrində inşa olunan «panel» doqquzmərtəbəli binalar da sakinlər üçün az təhlükə törətmir.


Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova «Exo» qəzetinə deyib ki, 1970-80-cı illərdə Bakıda inşa edilmiş panel evlərin istismar müddəti çoxdan başa çatıb, həmin evlər 20-25 illiyə nəzərdə tutulublar.


Bundan başqa, Budaqova xəbərdarlıq edir ki, panel binalarda yaşamaq sakinlər üçün zərərlidir:


«Bizdə dördüncü iqlim zonasıdır və panel evlərdə yaşamaq dəhşətli xəstəliklərə - revmatizm, ürək-damar və s. xəstəliklərə tutulmaq deməkdir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG