Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Corc Buş iftar süfrəsi açıb


ABŞ prezidenti Corc Buş Birləşmiş Ştatların inkişafına töhfə vermiş Amerika müsəlmanlarının şərəfinə iftar süfrəsi açıb. Tədbirdə təxminən 90 adam iştirak edib.

Buş deyib ki, Amerika müsəlmanlarla əlaqələrinin tarixi ilə fəxr edir və azadlıq uğrunda mübarizə aparan İraq, Əfqanıstan və Livan vətəndaşları ilə həmrəydir.


O, bildirib ki, «ekstremistlər islamı təmsil etmirlər, onlar qalib gələ bilməyəcəklər».


İftar Ramazan münasibətilə açılıb.


XS
SM
MD
LG