Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:58

Avropa Şurasının Bakıdakı Ofisinda siyasi partiyaların iştirakı ilə qeyri-rəsmi görüş keçirib


Oktyabrın 5-də Avropa Şurasının Bakıdakı Ofisi və Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) Azərbaycanın bir sıra siyasi partiyalarının iştirakı ilə qeyri-rəsmi görüş keçirib. Görüşdə 10-dan çox siyasi partiyanın təmsilçisi iştirak edib.


AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin dediyinə görə, görüşə Yeni Azərbaycan və digər iqtidaryönlü partiyalar qatılmayıblar.


Tədbirdə noyabrın 9-da Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə Seçki Məcəlləsində dəyişikliklərlə bağlı Bakıda keçirilməsi nəzərdə tutulan siyasi partiya liderlərinin görüşü barədə məlumat verilib.


Qulamhüseyn Əlibəyli deyir ki, görüşdə iştirak edən müxalifət partiyalarının təmsilçiləri seçki komissiyalarının paritet əsasda təşkil edilməsinin prioritet olduğunu bir daha vurğulayıblar.


XS
SM
MD
LG