Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

Beş prezident Vilnüsdə müqavilə imzalayacaq


Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas, 5 oktyabr 2007
Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas, 5 oktyabr 2007
Azərbaycan, Litva, Gürcüstan, Ukrayna və Polşa prezidentləri gələn həftə Vilnüsdə enerji sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalayacaqlar. Bu barədə Litvanın Bakıdakı səfiri Kestutis Kudzmanas oktyabrın 5-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Oktyabrın 10-11-də Litvada enerji sammiti təşkil olunacaq. Bu tədbir 11 mayda Krakovda keçirilmiş sammitin davamı olacaq. Həmin vaxt beş prezident və Qazaxıstan nümayəndəsi Krakovda enerji əməkdaşlığı və Xəzər regionunda karbohidrogen resursların Avropaya çıxarılması məsələsini müzakirə etmişdi.


Səfir deyir ki, altı ölkənin səyi Avropanın enerji asılılığının azaldılmasına yönəlib. Bu məqsədə Xəzər və Qara dəniz hövzələrini Baltik dənizi regionu ilə birləşdirən enerjidaşıyıcıları marşrutlarının və mənbələrin çoxaldılması ilə nail olunacaq:


«Söhbət Odessa-Brodı-Plostk-Qdansk marşrutundan, həmçinin yeni qaz nəql edəcək marşrutların inkişaf etdirilməsindən gedir. Artıq məlumdur ki, sammitin nəticəsi olaraq Odessa-Brodı-Plostk-Qdansk neft kəmərinə məsul şirkətin yaradılması üzrə sənədlərin imzalanması gözlənir».


Kudzmanas Azərbaycan-Litva əlaqələrindən də danışıb. Deyib ki, son vaxtlar bu əməkdaşlıq aktiv müstəviyə keçib, ticarət dövriyyəsinin həcmi 35 milyon dollara çatıb.


Ötən ay İlham Əliyev Vilnüsə rəsmi səfər etmişdi. Litva Azərbaycanın enerjisindən başqa, qeyri-neft sektoruna da maraq göstərir. Tezliklə Litvanın Sosial Müdafiə və Əmək naziri Viliya Blinkyaviçute Bakıya səfərə gələcək və ölkələr arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanacaq.


Oktyabrın sonuncu dekadasında Litva Seyminin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Yustinas Karosasın da Bakıya səfəri nəzərdə tutulub. O, parlamentlərarası münasibətləri genişləndirmək üçün gələcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG