Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:54

Din və demokratiya birlikdə yaşaya bilər


Xalqa rəhbərliyin dini liderə tapşırılmasının ən çox tərəfdarı Fələstindədir

Xalqa rəhbərliyin dini liderə tapşırılmasının ən çox tərəfdarı Fələstindədir

Din və demokratiya birlikdə yaşaya bilər. Bu, «Gellap»ın müsəlman ölkələrində keçirdiyi sorğunun əsas nəticəsidir.


Sorğuda əsas sual belə qoyulub; demokratik ölkədə insanların həyatını qanunlar tənzimləyir, bəs qanunun əsasında nə durmalıdır?


Bu suala üç cavab variantı təklif olunub: yalnız şəriət, şəriət qanunun mənbələrindən yalnız biri ola bilər və şəriətin qanuna dəxli olmamalıdır.


Misirdə 67 faiz hesab edir ki, qanunlar yalnız şəriətə əsaslanmalıdır. Maraqlıdır ki, belə düşünənlər İranda cəmi 14 faizdir, Türkiyədə isə 9 faiz. Hərçənd İranda 66 faiz hesab edir ki, şəriət qanunun mənbələrindən biri olmalıdır.


Bu rəqəmlər bəzilərinə dindarlığın və ya müasir demokratiyadan uzaqlığın əlaməti kimi görsənə bilər. Ancaq «Gellap»ın öz izahı var. Təşkilat Amerikada keçirdiyi analoji sorğudan misal çəkir. Birləşmiş Ştatlarda eyni sual «Bibliya» və qanunla bağlı verilmişdi.


ABŞ kimi müasir, demokratik ölkədə 9 faiz hesab edir ki, qanun yalnız «Bibliya»ya əsaslanmalıdır. 46 faiz düşünür ki, «Bibliya» qanunun əsaslarından biri olmalıdır.


Bəs Pakistanda, Misirdə niyə əhalinin yarıdan çoxu istəyir ki, qanun şəriətə əsaslansın?


Bu da yalnız dindarlıq, geridəqalmışlıq kimi başa düşülməməlidir. Bunu «Gellap» yazır və izah kimi çox maraqlı sitat gətirir.


Kolumbiya Universitetinin əməkdaşı, «İslam-xristian sivilizasiyası» kitabının müəllifi Riçard Ballet deyir ki,


müsəlman ölkələrində hakimlərin qabağını kəsə bilən bir şey olubsa, bu da islam qanunları, yəni şəriət olub. Tarix boyu bu, yeganə qanundur ki, müstəbidlər bunu istədikləri kimi yaza ya dəyişə bilməyiblər.


Ona görə də diktatura olan yerlərdə adamların ümidi şəriət olaraq qalır.


«Gellap»ın sorğusunda bir sual da dini liderlərin ölkənin idarə olunmasında iştirakı haqda olub. İranlıların 56 faizi deyir ki, dini liderlər ölkənin idarəçiliyindən uzaq saxlanmalıdır. Cəmi 6 faizi hesab edir ki, dini lider ölkəni birbaşa idarə etməlidir. Eyni rəqəm Amerikada 4 faizdir, Birləşmiş Ştatlarda 4 faiz düşünür ki, ölkəni dini lider idarə etməlidir.


Dini lider uzaqbaşı məsləhətçi ola bilər. Belə düşünənlər İranda 26 faiz, Amerikada isə 28 faizdir.


Maraqlıdır ki, xalqa rəhbərliyin dini liderə tapşırılmasının ən çox tərəfdarı Fələstindədir - 24 faiz.


Günün bütün mövzuları

XS
SM
MD
LG