Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Azərbaycanlı fəalların məhkəməsi davam edir


Azərbaycanlı fəal Əmir Abbas Bənayi Kazimi

Azərbaycanlı fəal Əmir Abbas Bənayi Kazimi

Təbrizin İnqilab məhkəməsi mayın 14-dən bəri həbsdə saxlanılan Əmir Abbas Bənayi Kazimini iki il həbsə məhkum edib.


«Savalan Səsi» xəbər saytının oktyabrın 4-də yaydığı məlumata görə hökmü hakim Ələkbəri iki həftə bundan əvvəl gizli şəkildə aparılan məhkəmə zamanı elan edib. Lakin, fəala qarşı irəli sürülən ittihamlar haqda məlumat verilmir.


Beynəlxalq «Amnesty International» təşkilatının məlumatına görə Əmir Abbas Bənayi Kazimi mayın 14-də yaşadığı evdə həbs olunduqdan sonra ETTELAAT əməkdaşları tərəfindən döyülüb, bir müddət təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.


Fəalın valideynləri onda işgəncə əlamətlərini müşahidə etdiklərini bildiriblər. Milli zəmində apardığı dinc fəaliyyətinə görə dörd ay əvvəl tutulan fəal Əmir Abbas Bənai Kazımi sentyabrın 17-də Təbriz İnqilab Məhkəməsində mühakimə edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub.


Başqa xəbərə görə altı ay öncə Ərdəbildə həs edilən Vədud Səadəti oktyabrın 2-də zaminə buraxılıb.


Sentyabrın 17-də ETTELAAT məmurları Səadətinin işlədiyi çörək mağazasına basqın edib, fəalı döyüb iş yerində həbs etmişdilər.


Onun istintaq vaxtı daha ağır mənəvi və fiziki işgəncələrə məruz qaldığı bildirilir.



Günün bütün mövzuları

XS
SM
MD
LG