Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

Eynulla Fətullayevin işinə dair hazırlıq iclası başladı


Hakim Eynulla Fətullayevin və vəkilinin heç bir vəsatətini təmin etmədi

Hakim Eynulla Fətullayevin və vəkilinin heç bir vəsatətini təmin etmədi

Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin işinə dair hazırlıq iclası başladı. Jurnalist terrora çağırış, milli ədavəti qızışdırmaq və vergidən yayınmada ittiham olunur.


Eynulla Fətullayevin özü və vəkili İsaxan Aşurov bir sıra vəsatətlər qaldırdılar.


İsaxan Aşurov dedi ki, jurnalistə qarşı yeni ittiham irəli sürülərkən onun barəsində əlavə olaraq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verilib. Vəkilin sözlərinə görə jurnalist onsuzda həbsdə olduğundan belə addımın atılmasına ehtiyac yox idi.



Eynulla Fətullayev onun haqqında yeni ittihamların bəzisinin xarici işlər naziri Elmar Məmmədyarovun ərizəsi əsasında qaldırıldığını bildirdi. Belə ki, nazir jurnalistin «Əliyevlər müharibəyə gedir» məqaləsinin ölkədəki diplomatik korpusun təşvişinə səbəb olduğunu göstərib. Baş redaktor istəyir ki, nazir məhkəməyə şahid qismində dəvət edilsin və orada müəyyən edilsin ki, o, xarici səfirlərin narazılığı deyəndə nəyi nəzərdə tuturmuş.

Vəkil İsaxan Aşurov sözügedən məqalə barədə ekspert rəylərini qüsurlu hesab etdi. Bildirdi ki, müstəqil ekspertlər Zərdüşt Əlizadə və Hikmət Əlizadə məhkəməyə dəvət edilsinlər və yazı ilə bağlı ekspert rəylərinə onlar da münasibət bildirsin.


Hakim Mehdi Əsədov heç bir vəsatəti təmin etmədi. Proses oktyabrın 10-da davam edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG