Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

«Montində qəbir alveri və ya goreşənlər»


«Qəbiristanlığın tam köçürülməsində məqsəd abadlıq işlərini həyata keçirmək deyil»

«Qəbiristanlığın tam köçürülməsində məqsəd abadlıq işlərini həyata keçirmək deyil»

«Azadlıq» qəzeti yazır ki, dağıdılan xristian qəbiristanlığında bir sot torpağı 250 min dollara satırlar. Bu barədə redaksiyaya Nərimanov rayonunda yaşayan bir qrup sakin zəng edərək məlumat verib. Sakinlərin sözlərinə görə, icra strukturu xristian qəbiristanlığını tam köçürmək niyyətindədir.


«Yol çəkilişi isə sadəcə, bəhanədir. Qəbiristanlığın tam köçürülməsində məqsəd abadlıq işlərini həyata keçirmək deyil. Bildirilir ki, bu yolla bəzi işbaz məmurlar külli miqdarda pul qazanmaq istəyirlər».


Qəzet yazır ki, doğrudan da, artıq dağıdılmış qəbirlərin yerlərində obyektlərin tikilməsinə hazırlıq aparılırdı. «Həm İqtisad Universiteti tərəfindən, həm də «Çermet» körpüsü adlanan yerdən qəbiristanlığı müşahidə edəndə məzarların yerində obyektlərin tikildiyinin şahidi olduq.


Ərazidə çalışan fəhlələrlə söhbət zamanı onlar da qəbiristanlıqda bir sot torpağın qiymətinin 250 min ABŞ dolları olduğunu bildirdilər».


«Azərbaycan» qəzeti İslam dininə olan real təhlükələrlə bağlı araşdırma yazısında Qafqaz Müsəlmanları İdarəsini və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini vəhhabiliyin yayılmasına sakit yanaşmalarına görə ciddi tənqid edib. Yazıda vəhhabiliyin İslama və dövlətçiliyə qarşı ciddi təhlükə olduğu vurğulanıb. Yazıda bu problem qarşısında susqunluq nümayiş etdirən dövlət qurumu və dini idarə də tənqid olunur. «Azərbaycanda həqiqi İslama qarşı mənfur mübarizə aparan belə təriqətlərin qarşısında acizanə susqunluq nümayiş etdirən din xadimlərinin laqeyd mövqeyini heç cür əsaslandırmaq olmaz! Bu, dövlətə, dinə qarşı xəyanətdir!.. Sanki bu gün sərbəst fəaliyyət üçün vəhhabilər özünü «İslam cəfakeşi» adlandıran ruhani ictimaiyyəti ilə razılaşma imzalayıblar. Ölkə ictimaiyyətini, dindarları vəhhabilik bəlasına qarşı mənəvi səfərbər etmək əvəzinə Qafqaz Müsəlmanları İdarəsi passiv müşahidəçiliyini müəmmalı tərzdə davam etdirir».


Rəsmi dövlət qəzetində dərc olunan materiala istinad edən «Yeni Müsavat» yazır ki, «Azərbaycan» birbaşa Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir və istisnasız olaraq, məhz onun direktivləri ilə işləyir. «Artıq ölkə ictimaiyyətinə məlum olub ki, Ramiz Mehdiyevlə Şeyxin münasibətləri özünün ən gərgin nöqtəsinə çatıb. Bu həftə ölkə qəzetləri bu mövzuya dair çoxsaylı məqalələr, manşet yazıları dərc ediblər. Hörmətli Ramiz Mehdiyevin QMİ rəhbərinin tikinti biznesinə əl qoyduğu, onun şəriklərinin sıxışdırılmasını təşkil etdiyi təkzib olunmayan xəbərlər sırasındadır. «Azərbaycan» qəzetində dərc olunan məlum yazı da İcra Aparatı rəhbərinin Şeyxə endirdiyi zərbələrdən biri sayıla bilər.


«Ayna» qəzeti Düşənbədə öz işinə başlayan MDB sammiti ilə bağlı məqalə dərc edib. Qəzet yazır: «MDB sammitlərinin Azərbaycan üçün daha çox Dağlıq Qarabağ münaqişəsi baxımından bu və ya digər şəkildə əhəmiyyət kəsb etdiyi yəqindir. Keçirilən sammitlər daha çox Azərbaycan-Rusiya münasibətlərinin inkişaf dinamikasının qorunub saxlanılması və artırılması məqsədi güdüb. Bu isə daha çox Dağlıq Qarabağ münaqişəsinin həllində Kremlin Azərbaycan üçün müsbət iştirakı ilə təmin oluna bilər. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbədə keçiriləcək MDB sammiti çərçivəsində görüşünün nəzərdə tutulmaması haqda informasiyalar ciddi ismarıc kimi dəyərləndirilə bilər».


«Üç nöqtə» qəzeti Azərbaycanda üçüncü sektorun fəaliyyətindən bəhs edir. Qəzet yazır ki, hazırda ölkənin ayrı-ayrı regionlarında yerləşən QHT-lərin problemləri demək olar ki, eynidir. «Əvvəllər QHT-lərin ən böyük problemi qeydiyyatla bağlı olsa da, ilbəil bu sahədə problemlər azalmaqdadır. Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari ilin altı ayı ərzində 229 QHT qeydiyyatdan keçib. Təkcə fevral ayında isə 30 QHT qeydiyyata alınıb. Bununla yanaşı, qeydiyyatla bağlı indi də müəyyən problemlər qalmaqdadır. Ədliyyə Nazirliyinə edilən müraciətlərə cavab verilərkən müraciət edilmə tarixi nəzərə alınmır».


«Ekspress» Bakının «nüvə layihəsi»nə başladığını bildirir. «Beynəlxalq Nüvə Energetikası Agentliyi (BNEA) Azərbaycanda ilk nüvə reaktorunun inşasına icazə verib. Dekabr ayının ortalarında Bakıdan rəsmi nümayəndə heyəti BNEA-nın Vyanadakı mənzil-qərargahına yollanaraq orada reaktorun inşası mərhələlərini müzakirə edəcək».


Nəşr yazır ki, reaktoru 2009-2011-ci illərdə tikib istifadəyə vermək nəzərdə tutulub. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın neft-qaz ehtiyatları 2020-2025-ci illərdə tamamilə tükənəcək. Belə də, atom-elektrik stansiyasının inşası ölkə üçün kəskin ehtiyac məsələsinə dönə bilər. Və iş, sadəcə enerjidaşıyıcı resurslarının qıtlaşacağı ilə bağlı deyil.


Problem həm də elektrik enerjisi təminatının həcmindədi.


«Ekspress» in əldə etdiyi məlumatlara görə, hazırda stansiyanın layihəsi ilə bağlı fəal iş gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG