Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

UEFA Luiş Felipe Skolarinin cəza müddətini azaldıb


UEFA Portuqaliya yığmasının baş məşqçisi Luiş Felipe Skolarinin şikayətinə baxaraq, onun cəza müddətini azaldıb.


Belə ki, qitə futbol qurumu Skolarinin 4 oyunluq cəzasını 2 ay məhdudiyyəti ilə əvəz edib. Bu isə o deməkdir ki, cəza müddəti noyabrın 20-də başa çatacaq məşqçi artıq ertəsi gün komandasını Finlandiya ilə oyuna çıxara biləcək.


Hər halda, Skolari oktyabrın 13-də keçiriləcək Azərbaycan – Portuqaliya oyununda yetirmələrinin hərəkətlərinə nəzarət edə bilməyəcək.



Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Lissabonda keçirilmiş Portuqaliya - Serbiya (1:1) matçında Skolari serbiyalı futbolçu İvitsa Draqutinoviçi vurub.



Günün bütün mövzuları

XS
SM
MD
LG