Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

«Amerikada müsəlman həyatı»


Oktyabrın 4-də «Amerikada müsəlman həyatı» kitabının təqdimatı olub.


Kitabın təqdimatını ABŞ-ın Azərbaycandakı səfirliyi edib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib ki, bu kitab Dövlət Departamentinin xahişi ilə hazırlanıb.


Səfir deyib ki, ABŞ-ın islama qarşı çıxması haqda səsləndirilən fikirlər həqiqətdən uzaqdır. Onun qənaətincə, istər əcnəbilərin, istər amerikalıların əksəriyyəti islamın vacib və artan rolu haqda yetərli məlumata malik deyillər.


«Bu gün ABŞ bir neçə milyon müsəlmanın məskənidir» deyən səfirin sözlərinə görə, Birləşmiş Ştatlarda müsəlmanların 1200 məscidi, öz məktəbləri, icma mərkəzləri var. Və onlar ABŞ vətəndaşları kimi eyni hüquq və azadlıqlara malikdirlər: «Bu kitabın tərcüməsində məqsəd azərbaycanlılara həm Amerika, həm də bölüşdüyümüz ideyalar haqda məlumat verməkdir».


Kitab Azərbaycandakı məktəb və kitabxanalara paylanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG