Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:01

«Gürcüstan NATO-ya üzvlüyə hazır deyil»


NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Tbilisidə, 4 oktyabr 2007
NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Tbilisidə, 4 oktyabr 2007
«Yaxın zamanlarda Gürcüstan Şimal-Atlantik İttifaqa üzvlüyə namizəd olmayacaq».

Tbilisi Dövlət Universitetində çıxışı zamanı NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer belə deyib.


O, qeyd edib ki, NATO Gürcüstanda demokratik islahatları – ilk növbədə, məhkəmə islahatını, həmçinin 2008-ci ildə prezident və parlament seçkilərinin demokratik və ədalətli keçib-keçmədiyini izləməkdə davam edəcək.


Sxefferin səfərindən qabaq Gürcüstanın Dövlət naziri Georgi Baramidze deyirdi ki, Tbilisinin NATO ilə yeni əməkdaşlıq mərhələsinə keçidini «kifayət qədər real» sayır.


Müxalifət liderlərindən biri, Respublika Partiyasının sədri David Usupaşvili NATO-nun Baş katibi ilə razılaşır: «Bu gün Gürcüstan və onun ictimaiyyəti NATO-ya üzvlüyə daha çox hazırdır, nəinki, Mixail Saakaşvili başda olmaqla Gürcüstan hakimiyyəti. Məhz buna görə biz demokratik islahatların keçirilməsində israr edirik».


Gürcü politoloqlarının bir çoxu bu fikirdədir ki, ölkədəki son hadisələr – mitinq və etirazlar və yüksəkçinli məmurların qarşılıqlı ittihamları – NATO-nun Gürcüstanla münasibətlərinə aşkar təsir edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG