Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Naxçıvanda hökumət paltar asılan ipləri kəsir


Artıq yüzlərlə mənzilin eyvanında iplər kəsilib

Artıq yüzlərlə mənzilin eyvanında iplər kəsilib

Oktyabrın 4-də Naxçıvan şəhərində Mənzil İstismar Sahəsinin (MİS) işçiləri polis əməkdaşları ilə birgə reydlər keçirərək mənzillərin eyvanlarından paltar qurutmaq üçün asılan ipləri məcburi şəkildə kəsməyə başlayıblar.


Sakinlərin «Azadlıq» radiosuna verdiyi məlumata görə, reydə çıxanlar vətəndaşlara hədə-qorxu gələrək iplərin kəsilməsini tələb ediblər. Məlumatda o da bildirilir ki, sakinlər bu işlə bağlı hər-hansı rəsmi sənəd tələb etsələr də, polis və MİS işçiləri göstərişin yuxarıdan verildiyini bildiriblər.


Artıq yüzlərlə mənzilin eyvanında iplər kəsilib. Buna etiraz edənlər isə cərimələrlə və polisə aparılmaqla hədələnirlər. Paltar qurutmaq imkanından məhrum edilmiş sakinlərə bunun müqabilində heç bir alternativ variantlar təklif olunmur.


«Azadlıq» radiosunun əldə etdiyi digər bir məlumata görə isə, binaların ümumi görünüşünə xələl gətirdiyi səbəbilə Naxçıvanda çanaq antennalar da yığışdırılır. Artıq bir neçə binada bu cür tədbirlər həyata keçirilib, əvəzində binaların damına ümumi bir çanaq antennası qoyularaq sakinlərin istifadəsinə verilib. Lakin bu məlumatı rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmadı.


Günün bütün mövzuları

XS
SM
MD
LG