Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Ələsgər İsmayılov evə buraxılıb


O, xəstə olmadığını sübut etmək üçün Moskvada müayinə olunacağını bildirir
O, xəstə olmadığını sübut etmək üçün Moskvada müayinə olunacağını bildirir

Oktyabrın 4-də 70 yaşlı həkim, AXCP-nin Naxçıvandakı fəalı Ələsgər İsmayılov 1 saylı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb. Hazırda Bakıdakı evində olan Ələsgər İsmayılov «Azadlıq» radiosuna açıqlamasında deyib ki, evə buraxılmazdan əvvəl onu 2 saylı Ruhi Xəstəxanada təkrar müayinə ediblər. Mütəxəssislər ona bildiriblər ki, ilkin diaqnozu yumşaldıblar, sadəcə, yaşla bağlı xasiyyətində dəyişiklik gedir.


«Professor heyəti məni qəbul etdi. Söhbət etdik. Sonra yenidən köhnə xəstəxanaya gətirdilər, dedilər ki, diaqnozu yumşaltmışıq. Naxçıvanda daha sərt yazıblar, amma bunlar yumşaldıb, guya iş qabiliyyətim də var».


Ələsgər İsmayılov sentyabrın 28-dən Bakıda xəstəxanada yerləşdirilib. O, bura Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə gətirilib. 9 günlük müayinədən sonra Naxçıvandakı mütəxəssislər ona ilkin diaqnoz qoyublar, onun paranoidal psixopatiyadan əziyyət çəkdiyini bildiriblər.


Ələsgər İsmayılov isə psixi xəstəlikdən əziyyət çəkmədiyini və bunu sübut etmək məqsədlə Moskvada müayinə olunacağını bildirir.


Ələsgər İsmayılov bu il sentyabrın 20-də polis tərəfindən saxlanılıb və Naxçıvandakı ruhi dispanserə yerləşdirilib.


O, sağlam olduğunu, siyasi çıxışlarına görə xəstəxanaya yerləşdirildiyini deyir.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG