Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:13

Moskvanın mərkəzində 34 cəsədin qalıqları tapılıb


Moskvanın mərkəzində inşaat fəhlələri 34 insan cəsədinin qalıqlarını tapıblar.


Nikolski küçəsində Şeremetev şəhər kilsəsinin rekonstruksiyası zamanı binanın zirzəmisində insan qalıqları, yanında isə tapança aşkarlanıb.


Prokurorluq təhqiqata başlayıb.


İlkin məlumatlara əsasən, insan qalıqları 1930-cu illərdə siyasi repressiya qurbanlarının cəsədləri ola bilər.


XS
SM
MD
LG