Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

Buş Pxenyanla razılaşmanı alqışlayıb


Şimali Koreya dekabrın 31-dən Yonbendəki əsas nüvə reaktorunu dayandırmağa söz verib və həmin vaxtadək özünün nüvə proqramları haqda tam məruzə təqdim edəcək.


Bu barədə oktyabrın 3-də Pekində Şimali Koreya nümayəndə heyəti ilə danışıqların sonunda bəyan olunub. Danışıqları ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Rusiya nümayəndələri aparıblar.


ABŞ reaktorun dayandırılmasına texniki yardımı və işlərin ilkin maliyyələşdirilməsini öz üzərinə götürür.


Öhdəlik müqabilində Pxenyan əlavə iqtisadi yardım alacaq, Vaşinqton isə Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələrin «qara» siyahısından çıxaracaq.


ABŞ prezidenti Corc Buş Şimali Koreyanın nüvə proqramının dayandırılması haqda çoxtərəfli razılaşmanın əldə olunmasını alqışlayıb.


Buş deyib ki, razılaşma Koreya yarımadasını nüvə silahından azad zonaya çevirməyə yardım edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG