Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

Kosmosdan gələn öldürücü bakteriya


Protenin ayrılması gələcəkdə infeksion xəstəliklərin müalicəsinə imkan yarada bilər
Protenin ayrılması gələcəkdə infeksion xəstəliklərin müalicəsinə imkan yarada bilər

Bu, hansısa mifik hekayə deyil. Bu, Amerika Milli Elmlər Akademiyası jurnalının son buraxılışında dərc olunmuş yeni bir tədqiqat materialının mövzusudur.


Bakteriyanın adı Salmonelladır. O, qida zəhərlənməsinə səbəb olur. 2006-cı ilin sonunda Amerika astronavtları bu bakteriyanın nümunələrini kosmik gəmilərində kosmosa aparıblar. Bakteriyanın eyni ştampından digər nümunələrisə yerdə saxlayıblar. Salmonella ştampı kosmosa şüşə qabda aparılıb. Onun ekipaj üzvlərinin sağlamlığı üçün heç bir təhlükə yaratmaması üçün xüsusi bir konteynerin içinə qoyubmuşlar. Sən demə, qapalı şəraitdə belə bakteriya 12 günlük kosmik səyahət vaxtı mutasiya edə bilirmiş. Kosmik gəmi yerə qayıdandan sonra bakteriyanın hər iki ştampından-həm kosmik səyahətdən qayıdan, həm də yerdə qalan ştampından olan nümunələr müqayisə olunmaq üçün laboratoriya şəraitində siçan üzərində sınaqdan keçirilib. Məlum olub ki, kosmik səyahətdən qayıdan bakteriyanın öldürücü qabiliyyəti yerdəkinə nisbətən 3 dəfə çox olub.


Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilər. Astronavtların infeksiyaya yoluxmamaları üçün böyük təhlükəsizlik tədbirləri görülsə də, insan orqanizmini tamamilə dezinfeksiya etmək çox çətindir. Bəlkə də qeyri-mümkündür. Üstəlik məlumdur ki, kosmosda insanın immun sistemi zəifləyir.


Araşdırmanın müəllifi Arizona Dövlət Universitetinin professoru Çerl Nikersondur. O, deyir ki, alimlər bu bakteriyanın öldürücülük qabiliyyətinin artmasına səbəb olan əsas proteinin ayrılması istiqamətində araşdırma aparırlar. Əgər bunu edə bilsələr, astronavtların həyatı daha təhlükəsiz olar. Tədqiqatçılar həm də ümid edirlər ki, sözügedən protenin ayrılmasının gələcəkdə mümkün olması infeksion xəstəliklərin müalicə edilməsinin və qarşısının alınmasının yeni üsullarından istifadəyə də imkan yarada bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG