Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:55

Etalon Mərkəzi ilin sonunda açılacaq


Hazırda inşa olunan Etalon Mərkəzinin açılışı ilin sonunda baş tutacaq. Bu haqda jurnalistlərə Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov məlumat verib. Onun sözlərinə görə, həmin mərkəzlə bağlı Avropa Birliyi bir sıra tələblər irəli sürüb. «Binadakı temperatur rejimi, rütubətlilik beynəlxalq standartlara cavab verməlidir».


Ramiz Həsənov bildirib ki, Azərbaycanda artıq 9 etalon quraşdırılıb. Etalonlar ABŞ, Fransa, İsveçrə və Almaniyadan alınıb.


Bundan əvvəl Azərbaycanda iki - saat və çəki etalonları quraşdırılmışdı.


XS
SM
MD
LG