Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

«Abşeron Xəzəri çirkləndirən qaynar nöqtələr sırasından çıxarılacaq»


«Xəzər dənizinin davamlı inkişafı üçün strategiyalar» mövzusunda konfrans keçirilir

«Xəzər dənizinin davamlı inkişafı üçün strategiyalar» mövzusunda konfrans keçirilir

Xəzəri ən çox çirkləndirməyə məruz qoyan Abşeron yarımadasında təmizlənmə stansiyaları quraşdırılıb. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, 2009-cu ilin sonuna kimi Xəzərin Abşeron zolağı dənizi çirkləndirən qaynar nöqtələrin sırasından çıxarılacaq.


Nazir oktyabrın 4-də «Xəzər dənizinin davamlı inkişafı üçün strategiyalar» mövzusunda konfransda belə deyib.


Beynəlxalq konfransın əsas məqsədi Xəzər dənizinin çirklənmə səbəblərini araşdırmaq beynəlxalq təşkilatların və donor dövlətlərin diqqətini bu məsələyə cəlb etməkdir.


Konfrans Almaniya hökumətinin dəstəyi ilə keçirilir. Tədbirdə Türkmənistan, Qazaxıstan, İrandan olan mütəxəssislər iştirak edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG