Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27

«YAP-ın seçki sistemindəki monopoliyasına son qoyulmalıdır»


Asim Mollazadə bildirir ki, hakim partiyanın seçki sistemindəki monopoliyasına son qoyulmalıdır

Asim Mollazadə bildirir ki, hakim partiyanın seçki sistemindəki monopoliyasına son qoyulmalıdır

«YAP-ın seçki sistemindəki monopoliyasına son qoyulmalıdır. Azərbaycanda Avropa Birliyi ölkələrində mövcud olan seçki sistemi qurulmalıdır. Siyasi partiyalar seçkilərin şəffaf və ədalətli keçməsini təmin etmək üçün seçki qurumlarında yalnız müşahidəçi qismində iştirak edə bilərlər». «Azadlıq» qəzeti yazır ki, bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Ferrero ilə görüşdə səsləndirib.


Asim Mollazadə ATƏT-in müdafiə etdiyi dəyərlərin Azərbaycanda inkişafının vacib olduğunu bildirib. Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, medianın və söz azadlığının vəziyyəti, seçki sistemindəki islahatlarla bağlı fikir mübadiləsi aparılıb. Asim Mollazadə Xose Luis Ferreroya Demokratik İslahatlar Partiyasının gələcək planları ilə bağlı məlumat verib.


«İmpuls» qəzetinin oktyabrın 2-də döyülmüş xanım əməkdaşı Süheylə Qəmbərova Mərkəzləşdirilmiş Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsini davam etdirir. O, başında küt ağrılar hiss edir və ümumi səhhəti kafidir. Bu barədə «Ayna»ya adı çəkilən qəzetin baş redaktoru Mətanət Əliyeva məlumat verib.


Baş redaktorun sözlərinə görə, qəzetin əməkdaşı S.Qəmbərova məhkəmə nəzarətçiləri tərəfindən döyülüb. Məsələ ilə əlaqədar RATİ-nin əməkdaşları da araşdırma aparıblar. Zərərçəkənin bacısı Bahar xanım RATİ-yə bildirib ki, o da hadisə yerində olub və baş verənlərin öz gözləri ilə görüb. Bahar xanımın sözlərinə görə, S.Qəmbərovanən baş və ayaq nahiyəsinə zərbələr yetirilib.


Bundan əlavə, RATİ-nin əməkdaşları xəstəxanada müalicə alan, «İmpuls» qəzetinin əməkdaşı S.Qəmbərova ilə də görüşüblər. S.Qəmbərovanın sözlərinə görə, 2007-ci il sentyabr ayının 28-də o, H.Aslanov küçəsində yaşayan bir qrup sakinin məhkəmə qərarı olmadan yaşadıqları mənzildən çıxarılmaları ilə bağlı reportaj hazırlamaq üçün həmin ünvana yollanıb.


Mənzilin sahibləri və jurnalist məhkəmə icraçılarından məhkəmənin qərarını tələb etdikdə, həmin icraçılar tərəfindən döyülüb. S.Qəmbərovanın sözlərinə görə, onu mənzildə ayaqlar altına salaraq, başına və bədəninə təpiklə zərbələr endirilib. Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. RATİ əməkdaşları S.Qəmbərovanın boynunda, bədənində və ayaqlarında qançırları və zərbə izlərini müşahidə ediblər.


«Ekspress» yazır ki, Azərbaycanın şimal bölgəsində hərbi çağırışdan yayınan 150 nəfər barəsində axtarış elan edilib. «Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal rayonlarında ordudan yayınan 57 gənc Azərbaycana gətirilərək hərbi xidmətə cəlb edilib. Hərbi çağırışdan yayınan gənclərin 17-si Quba, 19-u Xaçmaz, 21-i isə Qusar rayonundandır. Hazırda həmin rayonların komissarlıqları tərəfindən hərbi çağırışdan yayınan 150 nəfər barəsində axtarış elan edib. Həmin gənclərin olduqları yerlər müəyyən edilir və oradakı hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır».


«Üç nöqtə» qəzeti yazır ki, Türkiyə Cənubi Qafqazdakı «dondurulmuş münaqişələr»in dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. «Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə nizamlanma dedikdə biz münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini nəzərdə tuturuq» - deyə Türkiyə prezidenti Abdulla Gül Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı bildirib. Gül deyib ki, Cənubi Qafqaz regionu uzun illərdir həll olunmayan münaqişələrdən əziyyət çəkir. «Münaqişələrin həll olunmaması regional əməkdaşlıq üçün əngəl törədir» - deyə yeni seçilmiş dövlət başçısı kimi ilk dəfə Strasburqa səfər edən Türkiyə prezidenti bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG