Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

Rene van der Linden: «Xaricdə yaşayan bəzi ermənilər öz həmvətənləri haqqında fikirləşmək istəmirlər»


Qarabağ münaqişəsinin nizamlanması məsələləri oktyabrın 3-də Strasburqda Milli Məclis sədri Oqtay Əsədovun AŞ PA rəhbəri Rene van der Lindenlə keçirdiyin görüşün əsas mövzularından biri olub.


«Turan»ın xüsüsi müxbiri xəbər verir ki, görüşdən sonra keçirilən brifinqdə Linden bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmaması ümumilikdə regionun inkişafına mənfi təsir göstərir.


O, deyib ki, Azərbaycan və Ermənistan AŞ-ə üzv olarkən münaqişəni dinc yolla həll etmək barədə öhdəlik götürüblər. «Ermənistan sərhədlərinin 2/3-i boyu qonşuları ilə heç bir əlaqəyə malik deyil. Bu, ölkənin gələcək nəsillərinə mənfi təsir edə bilər. Lakin xaricdə yaşayan bəzi ermənilər öz həmvətənləri haqqında fikirləşmək istəmirlər», - deyə Linden qeyd edib. O, AŞ-ın münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək verməyə hazır olduğunu bildirib.


Öz növbəsində, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov AŞ-ı və digər beynəlxalq təşkilatları Qarabağ münaqişəsinin nizamlanmasına dair qəbul etdikləri qərarların həyata keçirilməsini birmənalı dəstəkləməyə çağırıb. «Beynəlxalq birlik işğalçı siyasətinə görə Ermənistanı tənqid obyektinə çevirməlidir», - deyə Əsədov vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG