Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

Yuşşenko partiyalara koalisiya yaratmaq haqda məsləhətləşmələrə başlamağı tapşırıb


Ukrayna prezidenti Viktor Yuşşenko seçkilərin son nəticələrinə əsasən, Ali Radaya keçən partiyalara tapşırıb ki, geniş koalisiyanın formalaşdırılması haqda danışıqlara başlasınlar.


Televiziya müraciətində Yuşşenko deyib ki, ilkin məsləhətləşmələrin keçirilməsinin qarantı olmağa hazırdır.


Yuliya Timoşenko Baş nazir Viktor Yanukoviçin Regionlar Partiyası ilə koalisiyanın mümkünlüyünü rədd edib. Yanukoviç prezidentin təşəbbüsünü dəstəkləyib.


Bülletenlərin 99 faizi artıq hesablanıb, nəticələrə əsasən, parlamentə beş siyasi qüvvə keçib. İrəlidə Regionlar Partiyasıdır (34 faizdən çox), «Yuliya Timoşenko Bloku» təxminən üç faiz geri qalır. Prezidentyönümlü «Bizim Ukrayna – Xalq Özünümüdafiə» Bloku 14 faizdən bir az çox səs alıb.


Kommunist Partiyası və «Litvin Bloku» da üçfaizlik baryeri aşıblar.


XS
SM
MD
LG