Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

Spiker jurnalistlərin yaxın zamanda əfvini istisna etmir


Milli Məclisin sədri Oqtay Əsədov, 16 noyabr 2006

Milli Məclisin sədri Oqtay Əsədov, 16 noyabr 2006

Milli Məclisin sədri Oqtay Əsədov həbsdə olan jurnalistlərin yaxın zamanda əfv ediləcəklərini istisna etmir.

«Turan»ın məlumatına görə, oktyabrın 3-də Strasburqa gələn spiker Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Lindenlə görüşdən sonra keçirilən brifinqdə bunu bildirib.


O, deyib ki, jurnalistlər tərəfindən qanunsuz hərəkətlərə yol verilib, lakin məsələ nəzərdən keçiriləcək və ola bilsin ki, əfv haqqında fərman veriləcək.


Hazırda müxtəlif ittihamlarla yeddi jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG