Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:04

Türkiyə İraqla sərhəddə divar tikəcək


Türkiyə ordusunun ölkənin cənub şərqində kürd yaraqlılarına qarşı əməliyyatı, 31 may 2007
Türkiyə ordusunun ölkənin cənub şərqində kürd yaraqlılarına qarşı əməliyyatı, 31 may 2007
Türkiyə kürd yaraqlılarının hücumlarına son qoymaq üçün İraqla sərhədi möhkəmlətməyə çalışır. Bu məqsədlə təhlükəsizlik divarı inşa etmək qərara alınıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Yaşar Böyükanıt bununla əlaqədar deyib:


«Biz daxili təhlükəsizliyi artırmaq, həmçinin, xarici təhlükələrdən qorunmaq üçün bu cür tədbirlər görməyə məcburuq. Türkiyədə hər gün terror aktları törədirlər, onları İraqın şimalından soxulan kürd yaraqlıları həyata keçirirlər. Yaraqlıların dayaq bazaları orada yerləşir».


KİV-lərin məlumatına əsasən, divarın inşası haqda qərarı türk hərbçiləri Səudiyyə Ərəbistanının İraqla sərhədi boyunca oxşar divar tikmək haqda bəyanatından sonra qəbul ediblər.


500 kilometrdən çox uzunluqda olacaq beton divar elektron sensorlarla təchiz olunacaq və Türkiyəyə milyard dollara başa gələcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG