Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:26

«Xəzər yeni telekanaldır, yoxsa STV-nin davamçısı?»


Tamaşaçılar daha çox maarifləndirici verilişlərə ehtiyac hiss edirlər
Tamaşaçılar daha çox maarifləndirici verilişlərə ehtiyac hiss edirlər
Asəf dayı yerli televiziya kanallarından gileylidir, deyir türk filmlərindən lap boğaza yığılıb: «Gündə 40 dənə türk filmi verirlər, artıq arvad da türkləşib, oğul-uşaq da, nəyimə lazımdı bu?» Yeni – Xəzər TV-nin açılacağı xəbərini eşidəndən isə ümid edirdi ki, fərqli nəyəsə baxa biləcək. Amma...

Xəzər TV oktyabrın 3-dən fəaliyyətə başlayıb. Yayımlandığı qısa zaman kəsiyində həmin tezliyə əvvəl sahib olan STV telekanalından o qədər də fərqlənməyib. Eyni seriallar, eyni filmlər. Bakıda söhbətləşdiyim sakinlər isə daha çox maarifləndirici, insan haqları və mənəviyyatla bağlı yerli telekanalların istehsalı olan verilişlərə ehtiyac olduğunu deyirlər.


Xəzər TV-nin STV-nin davamçısı, yoxsa yeni bir telekanal olması ilə maraqlandım, baxmayaraq ki, Milli Teleradio Şurasının qərarında yeni telekanalın fəaliyyətə başlayacağı bildirilirdi. İki dəfə telekanalın yerləşdiyi binaya getməyimə və dəfələrlə zəng etməyimə baxmayaraq televiziya rəhbərliyi suallarımı cavablandırmaq istəmədi, heç bir izah, səbəb göstərmədən.


«Exo» qəzetinə müsahibəsində isə telekanalın direktoru Asəf Hacıyev bildirib ki, müvəqqəti olaraq efiri musiqi və filmlərlə dolduracaqlar. Bir müddət sonra isə elm, təhsil, mədəniyyət və maarifləndirici verilişlərə üstünlük verəcəklər. Asəf Hacıyev telekanalın şou-biznesdən uzaq olacağını da deyib. Rəhbərlik xəbərlər şöbəsi yaratmağı da planlaşdırır. O ki qaldı hansı xəbəri necə verməyə, direktor deyib ki, yeni kanal neytral və müstəqil olacaq. Amma bununla yanaşı dövlətçilik ənənələrinə də sadiq qalacaq.


Bəzi mütəxəssislər isə yeni telekanalın müstəqil olacağına elə indidən şübhə edirlər. Televiziya mütəxəssisi Zeynal Məmmədli deyir ki, telekanalın necə maliyyələşəcəyi sual doğurur, çünki hazırda yalnız bəsit tok-şoular, əyləncəli verilişlər reklam bazarının diqqətini çəkir:


«Bu televiziyanın müstəqil olduğuna heç cür inanmıram. Ona görə yox ki, səhnəarxası deyilənlərə söykənirəm, ona görə ki, xəbər fəaliyyətini ikinci plana keçirir. Plüralizm olmayan yerdə maarifləndirmə adı ilə manipulyasiya başlayacaq».


Zeynal Məmmədli deyir ki, müstəqil televiziya kanalı hər şeydən öncə öz auditoriyası üçün işləməlidir. Bunun üçünsə əvvəlcə auditoriyanın tələb və təkliflərini öyrənmək lazımdır. Amma Azərbaycanda bu yöndə sosioloji sorğu keçirən nə dövlət, nə də qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG