Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri qışda olacaq


Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair vəziyyətin öyrənilməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsi həmməruzəçilərinin ölkəyə növbəti səfəri 2007-ci ilin sonu 2008-ci ilin əvvəlində baş tutacaq.


Bu barədə «Turan»a Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel bildirib.


«Yaxın zamanda Toni Lloydun əvəzinə Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin ediləcək. Bundan sonra biz birlikdə Azərbaycana səfər edəcəyik. Bu, ya ilin sonunda, ya da gələn ilin əvvəlində baş verəcək», - deyə Herkel qeyd edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG