Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:28

Partlayıcı qurğu Müşviqabadda iki uşağı ağır yaralayıb


Xəstəxanada yerləşdirilən uşaqların hazırda əməliyyat olunduğu bildirilir
Xəstəxanada yerləşdirilən uşaqların hazırda əməliyyat olunduğu bildirilir

Oktyabrın 3-də saat 10.30 radələrində Bakının Müşviqabad qəsəbəsi ilə Hökməli kəndinin arasında yeni salınmış «28 may» qəsəbəsində partlayıcı qurğu iki uşağı ağır yaralayıb.


Qəsəbə sakinlərinin ANS-PRESS-ə verdiyi məlumata görə, uşaqların yerdən tapdığı qumbara detalları partlayaraq onlardan birinin qolunu qoparıb, o birisinin isə ayığını yarıya bölüb. Hər iki uşağın sifətinə qəlpə dolub. Uşaqları əvvəlcə Müşviqabad qəsəbəsindəki poliklinikaya aparıblar. Orada qanı kəsmək mümkün olmadığından uşaqları təcili yardımla Bakıya təcilli tibbi yardım xəstəxanasına gətiriblər. Xəstəxanada yerləşdirilən uşaqlar - 11 yaşlı Ruslan Eyvazov və 13 yaşlı Bəhruz Hacıyev hazırda əməliyyat otağındadırlar.


Sözügedən region hərbi poliqona yaxın olduğundan ərazidə tez-tez belə partlayıcı qurğular tapılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG