Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:44

Dövlət Departamenti Elmar Hüseynov adına qrant mükafatı elan edib


«Elmar Hüseynov demokratiyanın danışan səsi idi»
«Elmar Hüseynov demokratiyanın danışan səsi idi»


ABŞ Dövlət Departamenti Elmar Hüseynov adına qrant mükafatı elan edib. Qrant proqramı çərçivəsində Elmar Hüseynov Fonduna 18 kiçik qrant ayrılacaq. Müsabiqədə əsasən araşdırmaçı-jurnalistlərə üstünlük veriləcək.


Bu haqda məlumat verən ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders deyib ki, Elmar Hüseynovun qətli azərbaycanlılar üçün faciədir: «Onun öldürülməsi Azərbaycanda mətbuat azadlığına kölgə salmaqda davam edir».


Səfir Hüseynovun qətlinin açılmasının və qatillərin cəzalandırılmasının vacibliyini bildirib.


Dersin sözlərinə görə, bu qrant layihəsi həm də Elmar Hüseynovun saytının yaradılmasını dəstəkləyəcək.


«Bu qrant Amerika hökumətinin Elmar Hüseynovun professionallığına etimadını göstərir. Elmar Hüseynov demokratiyanın danışan səsi idi».


Səfir bildirib ki, jurnalistlərin vəzifələrindən biri də həqiqəti deməkdir: «Demokratik dövlətlər elə şərait yaradır ki, jurnalistlər qorxmadan, azad fəaliyyət göstərə bilsinlər».


A.Ders eləcə də Naxçıvanda jurnalistə qarşı baş verənlərdən də narahatlığını ifadə edib: «Gözləyirik ki, bu hadisəni törədənlər araşdırılıb, cəzalandırılsın».


ABŞ Dövlət katibinin müavini Barri Lovenkroun bir neçə ay əvvəl Azərbaycana səfəri zamanı bəyan etmişdi ki, Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsinə kömək edəcək.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Qətlin üstü hələ də açılmamış qalır.


Ötən həftə «Yeni Müsavat» qəzetinin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyev polisə müqavimət ittihamı ilə 15 gün müddətinə həbs edilib. Jurnalist bir neçə gün sonra azadlığa buraxılsa da, həbsdə təzyiq və işgəncələrə məruz qaldığını bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG