Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

Ukraynada rəqiblər bir-birini üstələyə bilmirlər


Ukraynanın şərqindən - Yanukoviçin güclü olduğu tərəfdən hesablamalar gecikir
Ukraynanın şərqindən - Yanukoviçin güclü olduğu tərəfdən hesablamalar gecikir
Ukraynada siyasi qüvvələr deyəsən, yenə bir araya gələ bilməyəcəklər. Son məlumata görə, Rusiyameylli Viktor Yanukoviçin Regionlar Partiyası hamıdan çox səs toplayıb - 34%. Qərbpərəst Yuliya Timoşenkonun bloku 31% səs yığıb. Onun müttəfiqi, prezident Viktor Yuşşenkonun bloku səslərin 14%-ni qazanıb. Yuliya Timoşenko bildirir ki, onun və müttəfiqi Yuşşenkonun partiyası birlikdə hamıdan artıq səs yığıblar. Odur ki, hökuməti Timoşenkoyla Yuşşenko formalaşdırmaq istəyər.

Yanukoviç isə deyir ki, hamıdan çox səs yığdıqları üçün koalisiyanı onlar formalaşdırmalıdırlar: «Biz xalqın etibar etdiyi dövləti, milli birliyi formalaşdıracağıq. Və bu hökuməti Regionlar Partiyasının başçılıq etdiyi koalisiya quracaq».


Amma Regionlar Partiyasının koalisiyanı qurmaq istəyi müttəfiqlərindən asılıdır. Yəni onların tam qələbəsi üçün müttəfiqlər də səs yığmalıdırlar.


Nəticədə yenə rəqiblər bir-birini üstələyə bilmirlər.


Müttəfiq Sosialistlər Partiyasının 3%-lik baryeri keçməməsi regionların koalisiya ümidini azaldıb. Güman ki, sosialistlər parlamentə keçə bilməyəcəklər, çünki səslərin 96%-i artıq hesablanıb.


Amma bu rəqəm nə isə dəyişmir. Oktyabrın 1-i axşam bülletenlərin 80%-dən çoxu hesablansa da, bu gün hesablanma axşama qədər qurtarmayıb. Ukraynanın şərqindən - Yanukoviçin güclü olduğu tərəfdən hesablamalar gecikir. Bu da Timoşenkonun blokunu narahat edib, çünki indi sosialistlərin 3%-i keçməsi üçün 60 min səs bəsdir. Çıxışda sorğusa sosialistlərin zəif olduğunu müəyyən edib. Ona görə Timoşenko hökumətdən işə qarışmağını istəyib və prezident Yuşşenko təcili araşdırmaya başlamaq barədə tapşırıq verib:


«Mənim hərəkətim və sözlərim ixtilafa görə deyil. Saxtakarlıq edənlər cəzalanacaqlar. Qanunu və öz taleyinizi düşünün. Heç kəs seçicilərin real istəyini dəyişə bilməyəcək. Mən Ukrayna demokratiyasının qələbəsinə və birliyinə tam inanıram».


Viktor Yanukoviç buna cavab olaraq deyib ki, onlar seçkinin nəticələrinin dəyişdirilməsinə imkan verməyəcəklər: «Ukrayna demokratik ölkədir, burda demokratik seçki keçirilib. Biz hamıya deməliyik ki, seçimimizi müdafiə etməkdə qərarlıyıq və heç kəsə nəticələri dəyişməyə imkan verməyəcəyik».


Qalan partiyalardan kommunistlərin regionlara qoşulacağı aydındır. Ona görə indi sosialistlər diqqət mərkəzindədirlər. Bir də «Mərkəzçi» blokdan da çox şey asılıdır. Keçmiş spiker Litvinin Bloku gözlənilmədən səslərin 4%-ni yığıb və hansı tərəfə qoşulacağını hələ deməyib.


Amma mərkəzçilərin hansısa tərəfə qoşulması belə vəziyyəti çox dəyişməyəcək. Ukraynada nə Qərb, nə də Rusiya tərəfdarları 50%-dən o tərəfə keçə bilmirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG