Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:49

Seçki komissiyalarında islahatlar aparılması Avropa Şurasının diqqət mərkəzindədir


Azərbaycanda seçki komissiyalarında islahatlar aparılması məsələləri, toplaşma azadlığı, həbs edilmiş jurnalistlər problemi Avropa Şurasının diqqət mərkəzində qalır.


Bu barədə Strasburqda oktyabrın 2-də keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis «Turan» agentliyinin «AŞ prezident seçkiləri ərəfəsində bu problemlərin və beynəlxalq ictimaiyyətin tənqidinin aradan qaldırılması üçün nə edir?» sualına cavab verərkən bildirib.


Devisin sözlərinə görə, göstərilən məsələlər Azərbaycan hakimiyyəti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə müzakirə olunur. Lakin müzakirələrin «məxfiliyi» səbəbindən Devis bu barədə ətraflı məlumat verməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG