Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:38

Bakıda bir gündə dörd sərgi işə başlayıb


Oktyabrın 2-də Bakıda eyni zamanda 4 beynəlxalq sərgi-13-cü beynəlxalq sərgi «Tikinti» BakuBuild 2007, 3-cü beynəlxalq sərgi «Məişət texnika və elektronikası» CEM Azerbaijan 2007, 5-ci «Xəzər Beynəlxalq» «Mebel, İnteryer və Dizayn» Caspian MebelExpo 2007 sərgisi və 2-ci «Daşınmaz əmlak» AzRealty 2007 beynəlxalq sərgisi işə başlayıb.


Dörd sərgi arasında ən böyüyü 26 ölkədən 210 şirkətin iştirak etdiyi BakuBuild 2007 sərgisidir. Ötən illə müqayisədə sərginin ekspozisiya hissəsi 10 faiz genişlənib. Sərginin 40 faizini isə ilk dəfə iştirak edən şirkətlər təşkil edir. Sərgi ekspozisiyasının 50 faizdən çoxunu Azərbaycan şirkətləri təşkil edir. Slovakiya və Latviya sərgidə ilk dəfə iştirak edirlər.


Sərgilər oktyabrın 2-dən 5-nə qədər Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG