Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Ziyalıların Dağlıq Qarabağa növbəti səfəri barədə heç bir söhbət aparılmır


Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağa növbəti səfəri barədə hazırda heç bir söhbət aparılmır. Bunu XİN mətbuat katibi Xəzər İbrahim bildirib.


Onun sözlərinə görə, bundan əvvəlki səfər hər iki ölkənin Rusiyadakı səfirlərinin birgə təşəbbüsü idi və o zaman gələcəkdə də belə addımların təkrarlanması barədə razılığa gəlinmişdi: «Amma hazırda bu mövzuda heç bir iş görülmür»


Azərbaycan və erməni ziyalıları hər iki ölkəyə bu ilin iyunun sonlarında səfər etmişdilər. Bu günlərdə isə Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan buna bənzər daha bir missiyanın olacağı barədə məlumat verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG