Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

İlin sonuna qədər min Britaniya hərbçisi İraqı tərk edəcək


Min Britaniya hərbi qulluqçusu hələ bu ilin sonuna qədər İraqdan vətənlərinə qayıdacaq. Bunu Böyük Britaniyanın Baş naziri Qordon Braun deyib.


O, bu bəyanatı Bağdadda İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşdən sonra edib. Əl-Maliki təsdiqləyib ki, iki aydan sonra İraqın təhlükəsizlik qüvvələri Bəsrə şəhərini tam nəzarətə götürə biləcəklər. Britaniya kontingenti əsasən burada yerləşir.


Beləliklə, İraqda 4,5 min Britaniya hərbçisi qalacaq. Braunun dediyinə görə, kontingentin sonrakı ixtisarı haqda qərar gələn il veriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG