Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:49

Azərbaycan BMT-nin yeniləşməsi barədə təkliflə çıxış edib


Xəzər İbrahim: «Azərbaycan təklif edib ki, BMT səmərəliliyini artırsın»
Xəzər İbrahim: «Azərbaycan təklif edib ki, BMT səmərəliliyini artırsın»

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim keçirdiyi ənənəvi mətbuat konfransında məlumat verib.


Bakı narahatdır ki, BMT öz funksiyasını yerinə yetirə bilmir, belə ki, qəbul olunan qərarlar çox vaxt kağız üzərində qalır. Buna görə də Azərbaycan təklif edib ki, BMT səmərəliliyini artırsın.


X.İbharim onu da deyib ki, hazırda Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 3-də Baş Assambleyadakı çıxışı zamanı bu məsələyə yer ayıracaq. Nazir habelə Qarabağ münaqişəsi və regiondakı proseslər barədə danışacaq.


Azərbaycan tərəfinin BMT sessiyasında Qarabağla bağlı irəli sürdüyü təşəbbüslərə gəlincə, XİN rəsmisi deyib ki, həm «İşğal olunmuş ərazilərdəki vəziyyət barədə» təklif, həm də GUAM-ın irəli sürdüyü «dondurulmuş münaqişələr» adlı bənd gündəlikdə qalır və onlar bir il müddətində müzakirə oluna bilər: «Əsas məsələ qətnamələrin qəbulu yox, onun yerinə yetirilməsidir. Hesab edirik ki, tam hazır olmayan qətnamənin vaxtından əvvəl müzakirəyə çıxarılması effektiv olmazdı. Hazırda bu sənədlər üzərində iş gedir».


Nyu-Yorka səfəri çərçivəsində Məmmədyarov ABŞ dövlət katibinin müavini Nikolas Börnslə də görüşəcək. X.İbrahim deyib ki, əsas müzakirə mövzusu ABŞ-la Azərbaycan arasındakı ikitərəfli əlaqələr və BMT sessiyasının gündəliyinə salınmış məsələlər olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG