Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Ələsgər İsmayılov hələ həkim müayinəsindən keçməyib


Maştağada Ruhi-Əsəb Xəstəxanasına yerləşdirilmiş Ələsgər İsmayılov hələ həkim müayinəsindən keçməyib və diaqnozu dəqiqləşdirilməyib.


Bunu «Azadlıq» radiosuna oktyabrın 2-də Ələsgər İsmayılovla görüşmüş qardaşı oğlu Şahin İsmayılsoylu məlumat verib. Onun dediyinə görə, həkimlər qardaşını xəstəxanadan çıxarmağa icazə verməyiblər. Onlar bunu hələ diaqnozun müəyyənləşdirə bilməməli ilə əlaqələndiriblər.


Şahin İsmayılsoylu deyir ki, həkimlər bir-iki günə qardaşını müayinədən keçirəcəklər.


AXCP üzvü 70 yaşlı Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib.


İsmayılov siyasi motivlərlə saxlandığını deyib. O, bildirib ki, həbsinə səbəb onun dəfələrlə rayonda korrupsiya və başqa özbaşınalıqlarla bağlı Prezident Aparatı və digər orqanlara şikayət yazmasıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG